ABŞ-ın Kornell Universitetinin biotibbi tədqiqatlar şöbəsinin alimləri GIP geninin xüsusi variantının daşıyıcılarında çəkinin artmasına meyilliliyin azalmasını aşkarlayıblar.

Tədqiqatın nəticələri “Molecular Metabolism” jurnalında dərc olunub. Laboratoriya siçanları üzərində aparılan eksperiment göstərib ki, GIP geninin Q354 variantı piylənmənin inkişafının daha aşağı riski və artıq çəkinin əmələ gəlməsi ilə bağlıdır.

Tədqiqatçılar CRISPR-Cas9 texnologiyasından GIP reseptorunu kodlaşdıran gendən siçanların üzərində istifadə ediblər. Aşkarlanıb ki, orqanizmdə Q354 variantının daşınması zamanı qanda şəkərin miqdarına nəzarət edən və orqanizmə qidanın enerjiyə çevrilməsinə yardım göstərən insulinin yaranma prosesi daha effektiv gedir.

GIP reseptorunun variantı hüceyrə daxilində digərlərinə nisbətən dörd dəfə artıq müddətə qalır. Bu isə ona artıq miqdarda şəkərin emalı və orqanizmdən çıxarılmasının zəruriliyi barədə daha çox məlumat göndərmək imkanı verir. Bu cür xüsusiyyət daşıyıcılara şirin və yüksəkkalorili ərzaqların istifadəsi zamanı qlükozanın hamısını piyə çevirməməyə şərait yaradır (AZƏRTAC).