80 yaşlı Saxalin sakininin beynində üç santimetrlik iynə tapılıb. Foodinfo.az bildirir ki, bu barədə Saxalin üzrə “Moskovski Komsomolets” nəşri məlumat yayıb.
Kompüter tomoqrafiyası zamanı yad cisim aşkar edilib. Həkimlər hesab edirlər ki, o, doğulduqdan az sonra valideynləri onun başına iynə vurublar. Beləliklə, uşaqdan xilas olmaq istəyiblər.
İynə beynin sol parietal nahiyəsindən keçsə də, qadın sağ qalıb və onun sağlamlığı üçün təhlükə yoxdur. Həkimklər iynəni çıxarmamaq qərarına gəliblər, çünki əməliyyat xəstənin vəziyyətini pisləşdirə bilər.
Nurlan