Əksəriyyətimiz ət alarkən onu çəkir və soyuducuya qoyuruq. Amma bəzən qıyma saxlanarkən yanlışa yol veririk və bu xətalar qıymanın bakteriya istehsal etməsinə səbəb olur. Adətən soyuducuda saxlanan qıyma, açıldığı zaman mütləq istifadə edilməlidir. Çünki açılan qıyma təkrar soyuducuya qoyulduğunda bakteriya istehsal etməyə başlayır. Buna görə qıyma nə qədər istifadə olunacaqsa, o qədər açılmalıdır. Bunu təmin etmək üçün aşağıdakı qaydalara riayət etməyiniz məsləhətdir. Qıymanı bərabər parçalara bölün. Bu parçaları sellofanların içinə yığın. Sellofanın içində qıymanı nazik bir təbəqə halına gələcək şəkildə əlinizlə basın. Qıymalar nə qədər nazik olsa, açılmaları o qədər asan olacaq. Hazırladığınız qıyma sellofanlarını soyuducunun buzluğunda saxlayın. Həmçinin diqqət edin ki, ət təzə olsun. Bununla qıymanın bakteriya istehsalını əngəlləmiş olacaqsınız. (AİLEM.AZ)