
Sarıkök demək olar ki, universal bir dərman hesab edilən məşhur Hindistan ədviyyatıdır. Bu, müxtəlif sağlamlıq problemlərinə kömək edir. Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, dietoloq Marina Makişa qeyd edir ki, ədviyyatın tərkibində antiinflamatuar dərmanlara xassələri ilə oxşar olan maddə var. Sarıkök antioksidan xüsusiyyətlərinə görə bədənimizin hüceyrələrinə zərər verə bilən sərbəst radikalları özünə çəkir.
Araşdırmalar göstərib ki, 18 ay zerdeçal qəbulu yaşlı insanlarda yaddaşı yaxşılaşdırır. Sarıkök diabetli insanlarda qan qlükoza səviyyəsini aşağı salmağa kömək edir. Bunun tam olaraq necə işlədiyi hələ məlum deyil, lakin bu, qaraciyərdə qlükoza istehsalı prosesləri ilə bağlıdır.
Gündə cəmi 0,5 q sarıkök ağrıları aradan qaldıra və oynaqlarda şişkinliyi azalda bilər. Sarıkök Hindistan xalq təbabətində 1500 ildir istifadə olunur. Bundan əlavə, infarkt riskini azaldır, serotonin və dopamin - sevinc və həzz hormonlarının istehsalına kömək edir. Buna görə də əhvalınızı yaxşılaşdıra bilər.