Yaponiyanın "International Pacific University" universitetindən olan alimlər sübut ediblər ki, uşaqlıqdan çoxlarına məlum olan “5 saniyə qaydası” koronavirusa yoluxmadan qoruyur. 

Foodinfo.az xəbər verir ki, tədqiqatçılar öskürən insana yaxın olmaqla yoluxmamaq mümkün olub-olmadığını öyrənmək üçün araşdırma aparıb və nəticələri "Scientific Reports" jurnalında dərc ediblər.

Təcrübələr göstərdi ki, yoluxma riski yoluxmuş şəxslə qısamüddətli təmasdan sonra beş saniyə ərzində pik həddə çatır. Başqa sözlə, dəhlizdə asqıran bir xəstə yanınızdan keçərsə, yayılmaq üçün virusun cəmi 5 saniyəsi var. Otaq yaxşı havalandırılırsa və yanınızdan keçən  insanlə yeriyirsə, yoluxma riski daha da azalır.

Təcrübə nəticəsində alimlər infeksiya riskini minimuma endirməyə kömək edəcək maraqlı düstur hazırlayıblar. 

Belə ki, yoluxmamaq üçün cəmi 3 şərtə əməl etməyiniz kifayətdir:

1. Yanınızda bir adam asqırır və ya öskürürsə, nəfəsinizi ən azı beş saniyəlik saxlamaq yaxşıdır.
2. Xəstə insanlardan ən azı bir metr məsafə saxlamağa çalışın.
3. Zəif havalandırılan məkanlarda minimum dərəcədə az olmağa çalışın.