CBS News-un verdiyi məlumata görə, Amerikanın Konnektikut ştatının sakini salatında insan barmağının bir hissəsini tapdıqdan sonra Amerikanın “Chopt” fast food şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Telekanalın məlumatına görə, salatı yeyən qadın başqa inqrediyentlərlə qarışdırılmış insan barmağının parçasını çeynədiyini anlayıb.

Restoran müdirinin yemək hazırlayarkən səhvən barmağının bir hissəsini kəsdiyi, daha sonra xəstəxanaya getdiyi bildirilir. Ancaq əzanın bir hissəsi yeməkdə qalıb və müştəriyə verilib.

Zərərçəkmiş iddia edir ki, hadisə onu şoka salıb, panik atak, miqren, psixi pozğunluq və ürəkbulanma keçirib. Bununla bağlı o, müəssisədən dəymiş ziyanın ödənilməsini tələb edir.

 Nurlan