İnsan vücudunda olan müxtəlif hissləri tərbiyə etməyə çalışmalı və onların ifrat və təfritə yönəlmələrinin qarşısını almalıdır

İnsanın əsrarəngiz vücudu "ağıl və iradə" adlı iki böyük qüdrətlə təchiz olunmuşdur. Ruhun təcəllisi olan ağıl insanın müqəddəratını müəyyən edir və eyni zamanda hər bir insanın şəxsiyyətindən xəbər verir. Ağıl elə bir nurlu çıraqdır ki, həyatın zülmət səhnəsinə işıq saçır onun enişli-yoxuşlu mərhələlərində bizə yol göstərir.

İnsan vücudunda olan müxtəlif hissləri tərbiyə etməyə çalışmalı və onların ifrat və təfritə yönəlmələrinin qarşısını almalıdır. Ağıl və şüurumuz bizi istedad və bacarıqlarımızdan düzgün şəkildə istifadə etməyə və qəzəb hissini bizi öz tabeliyinə vadar etməkdən yaxa qurtarmağa köməklik edir. Mehr-məhəbbət və səmimiyyət mühiti sağlam şüurdan bəhrələndikdə həyat səmasında səadət və xoşbəxtlik ulduzu doğulur. İnsan nəfsani istəklərinin əsirinə çevrildikdə isə azadlıq və şəxsiyyətini əldən verib həyatda ağır məğlubiyyətlə üzləşməli olur.

Ən böyük əxlaqi amil olan və insanı arzu və məqsədlərinə çatdıran iradə insanın səadət və xoşbəxtliyində ən başlıca rol oynayır. İradə insanın ruh və şəxsiyyətini bütün xoşagəlməz xüsusiyyətlər və ünsürlərdən qoruyub öz əhatə dairəsində saxlayır. İnsanın həyatdan kam almasına, öz istək və arzularına səbəb yetişməsinə olan ən başlıca amil də elə onun güclü iradəyə yiyələnməsindədir. İnsan həyatda baş verən hadisələrin və onu öz təsiri altına amillərin qarşısında nə qədər ciddi müqavimət göstərərsə, bir o qədər də yüksək əxlaqi dəyərlərə yiyələnməyə və ruhunun tənəzzülə uğramasının qarşısına almağa nail olar.

Qərb mütəfəkkirlərindən biri deyir:

"Münəzzəm edici qüvvə" adlı əqli (ideoloji) bərabərliyə də şamil olan gözəl bir tərif vardır. Belə bir qüvvə - istər kişi üçün olsun, istərsə də qadın - "təhlükədən qoruyucu hissə" rolunu oynayır. Bu günlər bir çox bahalı maşınlar sərnişinlərin rahatlığının təmin olunması üçün belə hissələrlə təchiz olunmuşdur. Məhz onların sayəsində hətta bərbad yollar da belə, həm sərnişinlərin narahatçılıqları, həm də maşınlara dəyən ziyanlar aradan qaldırılmış olur. İnsan şüur və düşüncəsinə hakim olmadığı bir halda təbii ki, öz nəfsani istəklərini də idarə edə bilməyəcəkdir. İnsanın ixtiyarında olmayan şüur isə fəal olmamaqla yanaşı, həm də təsirsizdir. Heç bir xeyri olmayan belə bir şüur hətta ciddi təhlükələr yaratmağa qadirdir.

Dağlarda daşlar və qayalar arasından çıxan sular öz axarına düşərək böyük səs-küylə, şırıldaya-şırıldaya iri, aram və səssiz çaylara qoşulurlar. Güclü iradəyə malik olan şəxslər də öz axarında olan böyük çaylar tək səssiz-səmirsiz olarlar."

Son dərəcə əsəbi və qeyri-mülayim təbiət möhkəm və mətin iradəyə ehtiyac duyur. Buna görə də belə bir qüvvənin təsiri altına düşməyincə itaətsizliyə adət edib həssas vaxtlarda insanı çətinliklərlə üzləşdirəcəkdir. Belə olduğu zaman tələm-tələsik qərar qəbul olunur ki, bu da - təbii olaraq - bir çox hallarda ağır nəticələr verir. Milli.az