
Son araşdırmalar göstərir ki, şəkərin həddindən artıq istifadəsi təkcə fiziki sağlamlığa deyil, həm də zehni fəaliyyətə də zərər verir.
Foodinfo.az xəbər verir ki, yüksək şəkər qəbulu beyində dopamin balansını pozaraq diqqət dağınıqlığına, yaddaş zəifləməsinə və konsentrasiya problemlərinə səbəb ola bilər.
Xüsusən də uşaqlarda çox şəkərli qidaların istehlakı hiperaktivlik və diqqət çatışmazlığı ilə əlaqələndirilir.
Böyüklərdə isə uzunmüddətli şəkər asılılığı diqqət zəifliyi, zehni yorğunluq və məhsuldarlığın azalması ilə nəticələnə bilər.
Həkimlər şəkərin gündəlik rasionda minimuma endirilməsini, onun əvəzinə meyvələr, lifli qidalar və sağlam yağların qəbulunu məsləhət görürlər.
Mütəxəssislər bildirirlər ki, şəkərdən uzaqlaşmaq yalnız fiziki sağlamlığı deyil, həm də beyin fəaliyyətini gücləndirməyə kömək edir.