Bir çox insan meyvə şirələrini sağlam içki hesab etsə də, mütəxəssislər bütöv meyvələrin daha faydalı olduğunu bildirirlər. Xüsusilə lif tərkibi bu fərqin əsas səbəblərindən biri sayılır.
Foodinfo.az Verywell Health saytına istinadla xəbər verir ki, dietoloq Kristin Kirkpatrick meyvə şirələrinin hazırlanması zamanı faydalı liflərin böyük hissəsinin itdiyini bildirib.
Onun sözlərinə görə, bütöv meyvələr qanda şəkərin daha stabil qalmasına kömək edir və uzun müddət toxluq hissi yaradır. Meyvə şirələri isə daha sürətli şəkildə qanda şəkər səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, şəkər əlavə olunmayan təbii şirələr müəyyən hallarda faydalı olsa da, gündəlik qidalanmada əsas üstünlük bütöv meyvələrə verilməlidir.






