
Düzgün qidalanma böyrək sağlamlığında mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, nefroloq Tanzila Saqova bəzi məhsulların sidikdaşı xəstəliyinin qarşısını almağa kömək etdiyini bildirib. Onun sözlərinə görə, xüsusilə tam taxıllar — yulaf, qəhvəyi düyü, kinoa və paxlalılar (noxud, mərcimək, lobya) bu baxımdan faydalıdır. Bu qidalar həm lif, həm də böyrəklərdə daş əmələ gəlməsini azaldan maqneziumla zəngindir.
Mütəxəssis əlavə edib ki, sitrus meyvələri, azyağlı süd məhsulları və yağsız zülak mənbələri — toyuq əti, balıq və yumurta da böyrəkləri qoruyan qidalar sırasındadır. Onların gündəlik rasiona daxil edilməsi daşların əmələ gəlmə riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Saqova eyni zamanda su balansının qorunmasının vacibliyini xüsusi vurğulayıb. Çünki kifayət qədər maye qəbul etməyən insanlarda böyrək daşlarının yaranma ehtimalı artır.
Həkim həmçinin oxşar risk yaradan qidalardan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, oksalatla zəngin tərəvəzlər — ispanaq, çuğundur və revan daş əmələ gəlməsini sürətləndirə bilər.
Mütəxəssis hesab edir ki, balanslı qidalanma, kifayət qədər su içmək və oksalatlı tərəvəzləri məhdudlaşdırmaq böyrəklərin sağlam qalmasının əsas açarıdır.