Mütəxəssislər bildirir ki, portağalın tərkibindəki zəngin C vitamini, kalium və antioksidant flavonoidlər ürək-damar sağlamlığına müsbət təsir göstərir.

Foodinfo.az xəbər verir ki, portağalın müntəzəm istehlakı qan təzyiqini tənzimləyir, damar divarlarını gücləndirir və pis xolesterinin (LDL) səviyyəsini azaldır. 

Həmçinin portağalda olan təbii liflər ürək-damar xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır.

Həkimlər vurğulayır ki, rasiona portağal və digər C vitamini ilə zəngin meyvələrin daxil edilməsi infarkt və damar tıxanıqlığı riskini azalda bilər.

Mütəxəssislərin tövsiyəsi: Qış mövsümündə portağalı gündəlik menyudan əskik etməyin.