Siçuan bibəri Çin mətbəxində ənənəvi ədviyyatdır. Digər bibərlərdən xüsusi kəskin dadı və qoxusu ilə fərqlənir. Foodinfo.az bildirir ki, digər bibərlərdən fərqli olaraq ədviyyatlı deyil, lakin “dil iflici” adlanan daha maraqlı təsirə malikdir. Ağızın selikli qişasına düşdükdən sonra bibər hissəcikləri yüngül bir qaşınma hissi yaradır və dil bir qədər keyişir. Lakin ən maraqlısı odur ki, bu əslində heç də bibər deyil.
Siçuan bibəri sitrus ailəsinin (Rutaceae) bir neçə növ tikanlı gülün hər hansı birinin meyvəsinin qurudulmuş qabıqlarına verilən addır. Çin ədviyyatının məşhur bibər növləri - qara və ya çili ilə heç bir əlaqəsi yoxdur. Əsası olan zantoxyllum tikanlı kol və ya bir neçə gövdəli kiçik ağacdır. Bişirmək üçün meyvənin daxili ləpəsi və xarici qabığı istifadə olunur.
Zanthoxylum qabığı iltihab əleyhinə və müalicəvi təsirlərə malikdir. Çin həkimləri qabığın həliminin dişlərə, diş ətlərinə faydalı təsir göstərdiyini aşkar ediblər. Çinlilərdən əvvəl hindularının zanthoxylum istifadə etdiyinə dair məlumatlar var. Bitkini adlandırdıqları söz "diş ağrısı ağacı" mənasını verir.
Nurlan