Yeni BLE (“Bluetooth Low Energy”) ödəniş texnologiyası cari ilin noyabr ayında istifadəyə veriləcək.
Bunu “Akhundoff Group”un təsisçisi və idarə heyətinin sədri Telman Axundov deyib.
Onun sözlərinə görə, istifadəçilər bu texnologiya vasitəsilə Bakının bir sıra ticarət obyektlərində alış-veriş edərkən təmassız ödəniş edə biləcəklər.
Qeyd edək ki, “Bluetooth” üzərindən müxtəlif xidmətlərin ödənişlərini “Portmanat” mobil əlavə vasitəsilə aparmaq mümkün olacaq. Hazırda BLE “Portmanat”ın mobil əlavəsinə inteqrasiya olunur. (APA)
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı