"TikTok" sosial şəbəkəsi süni intellekt tərəfindən yaradılan videoların məcburi etiketlənməsini tələb edən yeni qaydanı işə salıb.
Foodinfo.az xəbər verir ki, bu qayda platformadan istifadə zamanı şəffaflığı təmin etmək niyyəti ilə və insanların hansı videoya baxdıqlarını anlaması üçün tətbiq olunacaq.
Belə ki, istifadəçi yüklədiyi videonun süni intellekt alqoritmləri ilə yaradıldığını qeyd etməlidir. Bu zaman onun adının altında “AI” etiketi görünəcək. Videonu süni intellektdən istifadə edərək yaradıb, bunu bildirməyən şəxsin paylaşımı isə silinə bilər.
Sosial şəbəkə süni intellekt kontentinin etiketlənməsi üçün digər üsulları da sınaqdan keçirməyə başlayacaq. Həmçinin, məlumdur ki, platforma tezliklə süni intellektlə hazırlanan videoların avtomatik aşkarlanması və etiketlənməsi funksiyasını da işə salmağı planlaşdırır.