Üz dərisi təkcə xaricdən deyil, içəridən də qayğıya ehtiyac duyur. Dietoloq Elena Sviridova bildirir ki, qəhvə, duz və şəkər istehlakını məhdudlaşdırmağa dəyər.

Həkimin sözlərinə görə, pəhrizə aşağıdakı komponentlərlə zəngin qidalar əlavə etmək lazımdır:

Omeqa-3

Tərkibində çoxlu miqdarda faydalı maddələr olan balıqda Omeqa-3 də var.

Həkimlər xüsusilə yağlı və qarışıq dəriyə sahib olanlara mümkün qədər çox balıq yeməyi tövsiyə edir. Omeqa-3 qırışların öhdəsindən gəlməyə kömək edəcək, dərini faydalı maddələrlə qidalandıracaq və ona sağlam görünüş verəcək.

Vitamin A

Fındıq, balqabaq və yerkökü A vitamini ilə zəngindir. Bu qidalar da öz növbəsində dərini daha sağlam və qidalı edir. Məsələ ondadır ki, A vitamini hüceyrələrin sürətli bərpasına kömək edir, buna görə də dəri tez sağalacaq.

Diyetoloq aşağıdakı qidaları məhdudlaşdırmağı məsləhət görür:

Qəhvə. İçki yuxu problemlərinə səbəb ola bilər, bu da öz növbəsində ödemə səbəb olacaqdır.

Duzlu yemək. Əgər duz miqdarını məhdudlaşdırsanız, səhər gözlər altındakı torbaların və şişkinliyin necə getdiyini görəcəksiniz.

Şəkər. Tərkibində şəkər olan qidalar məsamələri bağlaya və sızanaqlara səbəb ola bilər.

Şirin işkilər, desert və digər şirniyyatların istehlakını azaltmağa çalışın. Şirniyyat üçün əla əvəz meyvələr, giləmeyvə və ya qurudulmuş meyvələr olacaqdır. Bu, nəinki rifahınızı yaxşılaşdıracaq, həm də dərinizə kömək edəcək.

Leyla