Foodinfo.az
Yaşıl mərci salatı
Foodinfo.az
Yaşıl mərci salatı
Yaşıl mərci salatı
31 Yanvar, 09:47
Çox asan və maraqlı salatlardan biridir
Ərzaqlar
- 2 ədəd acı bibər turşusu
- 1 ədəd limon suyu
- 1 çay qaşığı nar turşusu
- 1 çay qaşığı sirkə
- 1-2 yemək qaşığı zeytun yağı
- Duz
- 1 su stəkanı yaşıl mərci
- 1 su stəkanı bulqur
- 2 ədəd uzun bibər
- 2 ədəd közlenmiş qırmızı bibəri
- yarım dəstə cəfəri
- yarım dəstə şüyüd
- 2 ədəd böyük yerkökü
- 5-6 budaq təzə soğan
- 200 q pörtləmiş qarığdalı
Hazırlanması
- Yaşıl mərcini yuyub ilıq su içində 1 saat saxlayın
- Sonra suyunu süzüb bol su da yuyaq və yüngül diri qalacaq şəkildə qaynadın
- Bulquru yuyub 1 stəkandan bir az çox su və bir neçə damcı yağı içinə əlavə edib qaynadaq
- Suyunu çəkən bulquru soyumağa qoyun.
- Yerkökünü kup şəklində doğrayıb yüngül diri qalacaq şəkildə 5 dəqiqə qaynadın.
- Daha sonra suyunu süzüb soyumağa qoyun
- Uzun bibəri, közlənmiş qırmızı bibəri, cəfəri, şüyüdü, təzə soğanı və turşuları nazik incə doğrayın.
- Bütün bir qaba alıb yaxşıca qarışdırın.
- Ən sonda duzunu və sirkəsini əlavə edin.
Nuş Olsun!
(metbexdenxeberler.com)