İtalyan qadın şirkətinin səhvi ucbatından xəstəxanaya düşüb. Bu barədə “La Republica” məlumat yayıb.
Hadisə Kamporosso şəhərində baş verib. Yerli sakin cari ilin avqust-oktyabr ayları üçün su çeki alıb, məbləğ çox 15 339 avro göstərilib.
Üstəlik, məlum olub ki, bank artıq məbləğin yarısını şirkətə köçürüb. Nəticədə 88 yaşlı qadının halı pisləşib. O, dərhal yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Ekspertlər yoxlama aparıb və şirkətin səhvə yol verdiyini müəyyən ediblər. Qəbz ləğv edilib və pul qadının hesabına qaytarılıb.