Dünyaca məşhur süd məhsulları istehsalatçısı Fonterra şirkətinin istehsal etdiyi Achor kərə yağı, son 20 ildir ki, Azərbaycanda ən çox sevilən qida məhsullardan biridir.
Foodinfo.az xəbər verir ki, bu müddət ərzində Azərbaycanlı istehlakçılar təqribən 12,5 milyon kq Anchor kərə yağı istehlak edib. Bu isə, hər dəqiqə təqribən 5 kq Anchor kərə yağının Azərbaycan mətbəxinə girməsi deməkdir.
Qlobal süd məhsulları istehsalat bazarının lideri Yeni Zelandiya şirkəti Fonterra, son bir ildə Azərbaycanlı ailələrə 600,000 ədəddən çox 5 kq-lıq Anchor kərə yağı satıb - bu da ən çox satılan çeşiddir.
Son 20 il ərzində Fonterra şirkəti, Yeni Zelandiyanın süd məhsulları istehsalındaki dünya liderliyi və 130 ildir istehsal olunan Anchor brendi keyfiyyəti ilə Azərbaycanın süd kateqoriyasında hər gün artan tələbatını kərə yağı və feta pendiri (ağ pendir) ilə qürurla qarşılayır.
Fontera şirkətinin Mərkəzi Asiya, Orta şərq, Afrika ölkələri üzrə direktoru Gaby Amade çıxışında qeyd edib: “Biz 20 ildən uzun müddətdir ki, Azərbaycanlı ailələrin gündəlik həyatının bir parçası olmaqdan qürur duyuruq. Azərbaycanda yeni nəsillər süfrələrində bizim istehsal etdiyimiz kərə yağı ilə böyüyür və onların dəyişən ehtiyaclarını qarşılayan yüksək keyfiyyətli, qidalandırıcı və ləzzətli süd məhsulları ilə təmin etməkdə davam edəcəyik.
Azərbaycanlı istehlakçılar südün sağlam, təbii qidalanma üçün vacib bir ərzaq məhsulu olduğunu çox yaxşı bilirlər. Təbii süddən əldə edilən kərə yağı, gündəlik yeməklər, şirniyyatlar və səhər yeməyi üçün istifadə edilən ən təbii məhsuldur.
Bizim şirkətimiz gələcəkdə də yaşıl otlaqlarımız, çəmənlikdə otlayan inəklərimiz və yüksək keyfiyyətli qida təhlükəsizliyi və istehsal standartlarımız ilə dünyanın ən keyfiyyətli və ən ləzzətli kərə yağını istehsal etmək üçün hər cür şərait olan Yeni Zelandiyada yüksək keyfiyyətli kərə yağının istehsalına davam edəcək. Azərbaycan istehlakçılarının çox sevdiyi bizim kərə yağlarımız, xüsusi ilə sarı rəngi ilə də seçilir. Bu, bizim yağlarımızın A vitamininin mənbəyi olan beta-karotenlə zəngin olmasını göstərir”.
Daha ətraflı məlumat üçün: https://www.facebook.com/anchorazerbaijan/.
Fonterra haqqında:
Fonterra şirkəti, süd məhsulları istehsalında dünya lideridir. Dünyada ən böyük süd ixracatçısı olan Fonterra şirkəti, Yeni Zelandiyada 10,500 fermerin səhmdarı olduğu bir kooperativdir. Süd emalı sənayesində tədqiqat və innovasiyə sahəsində dünyanın ən böyük investorlarından biridir.
Bütün dünyada iki milyon tondan çox süd tərkibli məhsullar, yüksək keyfiyyətli süd məhsulları, xüsusi komponentlər və istehlak məhsullarını 140-dan çox ölkə üçün istehsal edir.
Fonterra şirkəti hər zaman yaşından asılı olmayaraq Azərbaycan istehlakçılarının hamısına yüksək keyfiyyətli süd məlsulları təqdim etməyə hazırdır.
Kooperativin portfelində Anchor, Anlene, Anmum (Materna, Lacta və Assential) və Anchor Food Professionals kimi təhlükəsiz istehlak və qida xidmətləri brendləri mövcuddur.
Distrubitor haqqında:
“Anchor” kərə yağları və pendir çeşidlərini Azərbaycanda distrubisiyası “Delta Qrup C.O.” MMC tərəfindən həyata keçirilir.
“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999 – cu ildə təsis edilib. Müəssisə hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. “Delta Qrup C.O.” MMC yarandığı tarixdən etibarən məhsulları dünya səviyyəsində tanınan şirkətlərlə əməkdaşlıq edir. Müəssisə peşəkar, dürüst və keyfiyyətli fəaliyyəti nəticəsində həmin şirkətlərin rəğbətini qazanıb.
“Delta Qrup C.O.” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi çalışır. İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım). Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə iki böyük zavodu fəaliyyətdədir.
“Delta Qrup C.O.” MMC dağıtım istiqamətində öz operativ fəaliyyətini Azərbaycanın bir çox şəhər və rayonlarında 5000-dən çox satış nöqtəsi üzrə aparmaqdadır. Bugünkü gündə “Delta Qrup C.O.” MMC ticarət markalarının kompleks şəkildə idarəedilməsi (distributorluq, marketinq) üzrə ixtisaslaşıb.