Qida Təhlükəsizliyi Agentliyi xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verəcək.
Foodinfo.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “www.azexport.az” internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliklə, fərmanın 4.2.1-ci yarımbəndi yeni redaksiyada verilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən:
1. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala baytarlıq sertifikatının verilməsi;
2. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi;
3. xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi;