Sosial şəbəkə istifadəçilərindən biri "Araz" supermarketlər şəbəkəsindən şikayət edib. Foodinfo.az xəbər verir ki, müştəri marketin işçilərinin xidmət göstərən zaman əlcəkdən istifadə etməməsindəş şikayətçidir.
"Şikayetim ARAZ Supermarketlər Şəbəkəsin-dəndir. Niyə sizin işçiləriniz et, xəmir , toyuq, pendir , kolbasa çəkəndə heç vaxt , ümumiyyətlə heç vaxt əlcəklərdən istifadə eləmirlər? Bu hal bütün Araz mağazalarda eynidir. İşçilərə deyəndə üzləri çönür, xoşlarına gəlmir" - deyə müştəri yazıb.
Foodinfo.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.