“Astara çay” şirkəti 2010-cu ildə təsis edilib. Şirkət Azərbaycanda ən böyük təbii çay istehsalçısıdır. Şirkətin 460 hektar çay plantasiyası var. 2015-ci ildən etibarən ən müasir avadanlıqlarla təchiz olunmuş çay emalı və qablaşdırma zavodu fəaliyyət göstərir. Bu il şirkət altı yeni çay növünün istehsalına başlayıb.
Foodinfo.az xəbər verir ki, bu fikiləri “Astaraçay” şirkətinin direktoru Etibar Səlimov Bakıda keçirilən Qida sərgisi çərçivəsində deyib.
O bildirib ki, bunlar mixəkli, kəklikotulu, zəncəfilli, çiçəkli və zəfəranlı çaylardır. Biz məhz çay növlərinə xüsusi ümid bəsləyirik, sərgi yekunlaşdıqdan sonra həmin çayları satın ala bilərsiniz.
Ötən il ərzində şirkət dünyanın digər ölkələrinə, məsələn, Ukrayna, Belarus, Latviya kimi ölkələrə çay ixracı istiqamətində aktiv fəaliyyət göstərib. Həmçinin, ərəb ölkələri ilə də danışıqlar aparılır. Bunun sayəsində üzvi Azərbaycan çayının istehsalçısı olan “Aztea” brendi tədricən populyarlaşır və tanınır. Sərgiyə iştirak etməkdə bir məqsədimiz var - məhsullarımızı effektiv şəkildə təqdim etmək, yeni məhsulları nümayiş etdirmək. Bunun üçün, stendimizi qürur duyduğumuz bütün məhsulları təqdim edəcək şəkildə qurmuşuq.
Bunlar təkcə çay deyil, həm də şirkətin bağlarında yetişdirilən meyvələr, habelə əkini ilə fəal şəkildə məşğul olduğumuz düyüdür. Stendimizdə “Astara Düyü” brendi altında müxtəlif düyü növləri, xalqımızın sevimli “Həşimi” düyüsü, yumru düyü və istehsalına yenicə start verilmiş perspektivli qara düyü ilə tanış ola bilərsiniz.