Bu ilin yanvar-iyun aylarında Azərbaycan 18 860,76 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 25,9% azdır.
Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin ilk altı ayında 7 683,15 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 31,3% azdır.
Qeyd edək ki, bu ilin təkcə iyun ayında 1 692,66 min dollar dəyərində 4 223,06 ton şəkər ixrac olunub ki, bu da may ayı ilə müqayisədə miqdar ifadəsində 14,9%, dəyər ifadəsində isə 13,8% çoxdur.
Cari ilin yanvar-iyun aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,1%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,84%-ə bərabər olub.