2019-cu ilin 11 ayında xaricə alma satışından Azərbaycana 35 milyon 68 min dollar valyuta daxil olub.
Foodinfo.az bildirir ki, bu barədə “marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər yayıb: 2019-cu ilin yanvar-noyabr dövründə Azərbaycandan 35 milyon 68 min dollar dəyərində 85 min 74 ton alma ixrac edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda təxminən 277 min ton alma istehsal edilib.