“Azersun Holdinq”də işləmək çoxlarının arzusudur
Qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu sahədə ölkənin ən qabaqcıl şirkəti olan “Azersun Holdinq”də işləmək çox adamın arzusudur. Bəs bu məşhur holdinqdə işə qəbul prosesi necədir?
Foodinfo.az “Azərsun Holdinq”ə işə qəbul prosesini təqdim edir:
İnsan Resurslarının İdarə Olunması Prosesinə daxil olan İşə qəbul prosesinin əsas məqsədi, şirkətlər qrupumuzun vizyon, missiya və dəyərlərinə uyğun, işin tələb etdiyi bacarığa sahib olan şəxslərin, müvafiq dəyərləndirmə vasitə və metodlar ilə şirkət xarici qaynaqlardan təmin edilməsidir. Həmçinin bu işin həyata keçirilməsində tətbiq olunacaq sistem və qaydaların müəyyən edilməsi işə götürmə prosesimizin əsas prioritetlərindəndir.
Personalların seçilməsi və işə götürülmə prosesi İnsan Resursları Planlaması ilə müəyyən edilən və ya zamanla meydana çıxan işçi tələbinin qarşılanması məqsədi ilə müvafiq vəzifələrə uyğun şəxslərin tapılması, seçilməsi, vəzifənin tələb etdiyi məvacib səviyyəsi ilə işə götürülməsi və oryentasiya proqramından keçməsi kimi çalışmaları özündə cəmləşdirir. Proses aşağıdakı mərhələlərdən ibarətdir:
Personal tələbinin müəyyən edilməsi,
Tələb edilən vakansiyaya görə axtarış mərhələsi,
Ön dəyərləndirmə,
Seçim mərhələsi,
Yerləşdirilmə mərhələsi
Lazımi bacarığa sahib olan namizədlərin araşdırılması üçün mərhələli olaraq 2 müxtəlif mənbəyə müraciət olunur;
- Şirkət Daxili Mənbələrdən insan resursları təmini,
- Şirkət Xarici Mənbələrdən insan resursları təmini