“Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) 1 yanvar 2019-cu il tarixinə cəmi aktivləri 822,31 mln. manat təşkil edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə bu il 15 faiz kiçilib. Banker.az xəbər verir ki, bu barədə Bankın 1 yanvar 2019-cu il tarixinə açıqladığı maliyyə hesabatında deyilir. Bankın balans hesabatındakı bu azalma rəqəmlər təkcə bankın aktivlərində deyil, banka yatırlın əmanətlərdə də müşahidə olunur. ( Bu barədə linkdə) Qeyd edək ki, 3 ay bundan öncə isə cəmi aktivlərində qismən artım müşahidə edilərək 1 mlrd. manatı ötmüşdü və göründüyü kimi yenidən azalmağa başlayıb. Hesabata görə, cəmi aktivlərin 285,95 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Kreditlərin isə il ərzində 4%-dən çox kiçilib. Bildirək ki, bankın cəmi kapitalı hazırda 92,03 mln. manat təşkil edir ki, bunun da 60 mln. manatı səhm kapitalıdır. Xatırladaq ki, “Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC –yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə məxsusdur.