"Azersun Holding" baş mühəndis vəzifəsinə vakansiya elan edib.
Foodinfo.az həmin vakansiyanı tədim edir:
Ümumi məlumatlar
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 3-5 il iş təcrübəsi;
- Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA sertifikatı olması əlavə üstünlükdür);
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- MS Office, 1C, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;
- Dil bilikləri: ingilis dili - əla, rus dili - orta
İş haqqında məlumat
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri
Həftədə 1 gün istirahət.
Bu vakansiya üzrə işə bir nəfər qəbul ediləcək. Son müraciət tarixi: 03.02.2018.
Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.
Foodinfo.az