Foodinfo.az qida xəbərləri portalı özünün
facebook səhifəsində sorğuya başlayır. İlk sual Azərbaycanın iki nəhəng qida şirkəti ilə bağlıdır:
“Azərsun”, yoxsa “Veysəloğlu”?
Facebook istifadəçilərindən “Azərsun Holdinq” MMC-ni seçənlər like, “Veysəloğlu” MMC-ni seçənlər ürək (love) işarəsini tıklamalıdır. Bundan başqa, şərhlərdə yazılan müvafiq şirkətin adı da sonda say hesabına əlavə ediləcək.
Fevralın 8-də saat 23:.00-da start verilən sorğu bir həftə davam edəcək və fevralın 15-də saat 23:00-da yekunlaşacaq. Sonradan gələn səslər hesaba alınmayacaq. Qalib şirkətin adı fevralın 16-da açıqlanacaq.
Qeyd edək ki, “Azərsun Holdinq” MMC 1991-ci, “Veysəloğlu” Şirkətlər Qrupu MMC isə 1994-cü ildən fəaliyyət göstərir.
Foodinfo.az