İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “İnvest in Azerbaijan” elektron səhifəsinin, həmçinin mobil əlavəsinin hazırlanması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 11-i, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 22-I, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalına təqdim edə bilərlər.
Tenderin nəticəsi sentyabrın 25-də, saat 15:00-da portalda açıqlanacaq.