“KAMAKO” şirkəti “WorldFood Azerbaijan 2018” sərgisində hər kəsi genişləndirilmiş etnik sous xətti ilə yeni dadlar aləminə səyahətə dəvət edir.
Foodinfo.az xəbər verir ki, bunu “КАМАКО” Belarus şirkətinin direktoru Vladimir Kanabay deyib.
Onun sözlərinə görə, “KAMAKO” şirkəti iyirmi ildən artıqdır ki, Belarusda aparıcı mayonez, sous, ketçup və xardal istehsalçısıdır. Bizim zavod Avropanın müasir istehsal və qablaşdırma xətləri ilə təchiz edilib. Şirkətin akkreditə olunmuş özəl laboratoriyası var. Biz məhsulların keyfiyyətinə diqqət yetiririk və buna görə də uzun illərdir ki, “HACCP” və “ISO” standartlarına riayət edirik. İstehsal bütün beynəlxalq keyfiyyət standartlarına tam uyğun gəlir. “KAMAKO” şirkətinin məhsulları Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Sinqapura ixrac edilir. Lakin biz əldə edilmiş nailiyyətlərlə kifayətlənmir və satış coğrafiyasını daim genişləndirməyə çalışırıq.
V.Kanabay əlavə edib ki. 2017-ci ildə bu məhsulların çeşidi aşağıdakı təamlar sayəsində daha da zənginləşib: ardıc və bibər qarışığı əlavə edilməklə, mərsin giləmeyvəsindən hazırlanmış ənənəvi İsveç sousu, içərisində zərif və tünd şərq ədviyyatları olan ətirli Karri şərq sousu. Bununla yanaşı, Meksika və İspan mətbəxini təmsil edən “İspan salsası” sousunu və odun üzərindəki yeməklərə xüsusi “tüstü” dadı və ətir əlavə edəcək “BBQ” barbekyu sousunu da qeyd etmək lazımdır. Əlbəttə, turş-duzlu notların və isti qoz dadının inanılmaz tandemini təqdim edən yapon mətbəxinin ənənəvi sousu da diqqətəlayiqdir.
Biz stendimizdə bütün ziyarətçilərə Belarusun ən yüksək keyfiyyəti və “KAMAKO” şirkətinin etnik souslarının əla dadını təqdim edəcəyik, deyə şirkət rəhbəri bildirib.