16-18 may 2018-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisində daha bir yenilik təqdim olunacaq.
Sərginin təşkilatçısı olan “İtece Caspian” şirkətindən Foodinfo.az-a verilən məlumata görə, sərgidə ilk dəfə olaraq “yeniliklər vitrini” təşkil olunacaq. Burada iştirakçılar bazarda təqdim edilməmiş yeni məhsullarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, keçiriləcək sərgidə dünyanın 20 ölkəsini təmsil edən iştirakçılar yerli və xarici istehsalçıların geniş çeşidli məhsullarını nümayiş etdirəcəklər.