Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Cari ildə rayonda dən üçün qarğıdalının əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılaraq 7 min 515 hektara çatdırılıb.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məmməd Şərifov Fins.az-a bildirib ki, cari mövsümdə balakənli fermerlər 45 min tonadək dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar. Hazırda sahələrə aqrotexniki qulluq işləri davam etdirilir.