Bərdə rayonunda dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi uğurla həyata keçirilir. Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonun təsərrüfatlarında min hektar sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Artıq 940 hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib. Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır. Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.