
Foodinfo.az xəbər verir ki, aşkar edilmiş heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın aqonal vəziyyətdə kəsildiyi, soyulmadığı, qansızlaşdırmanın aparılmadığı, eyni zamanda anti-sanitar vəziyyətdə daşındığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib.
Heyvan cəmdəyi istehlak üçün yararsız olduğundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.
Agentlik bir daha vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.