İsmayıllı rayonunda bal süzümü davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda 17758 arı ailəsi qeydiyyata alınıb. Bu ailələr 720 arıçı tərəfindən saxlanılır. Peşəkarlar tərəfindən aparılan qulluq nəticəsində bölgədə hər arı ailəsindən ildə orta hesabla 15 kiloqramdan çox bal götürülür. Cari ildə bal istehsalının 60 tona çatdırılması gözlənilir ki, bu da keçən illə müqayisədə çoxdur.