Türkiyə Səhiyyə Nazirliyi qidalarla bağlı efirlərdə gedən reklamlara qadağanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Foodinfo.az-ın məlumatına görə, nazirlik bu barədə yaydığı açıqlamada etiketlərində "trans yağ turşusu yoxdur" xəbərdarlığı olmayan şokolad, şəkər, vaflilər, tortlar, şirniyyatlar, biskvitlər, meyvəli qidalar, çipslər, çərəzlər, meyvə suları, dondurma, qatıq, buzlu şirniyyat kimi yeməklərin reklamlarının qadağan olunacağını bildirib.
Bəs Trans yağ nədir?
Yağ turşularının strukturca dəyişikliyə uğraması nəticəsində ortaya çıxan yağ turşularına trans yağ turşusu, tərkibində bunlar olan yağlara da trans yağ deyilir. Bu dəyişiklik yüksək istilik, yüksək təzyiq və fermentlər vasitəsilə meydana gəlir.
Kərim