1996-cı ildən Bakıda fəaliyyət göstərən Anadolu mətbəxinin Azərbaycandakı ilk “elçi”si olan “Büyükfırat” restoranlar şəbəkəsinin daha bir filialı açılıb.
Bu barədə Foodinfo.az-a məlumat verən "Büyükfırat” Qrupun prezidenti Hüseyin Büyükfırat bildirib ki, yeni filial Park Bulvar AVM-də açılıb.
“Halal ləzzət dünyası” şüarına hər zaman sadiq qaldıqlarını bildirən Hüseyin Büyükfırat yeni filialda müştərilərə dönər, lahmacun, pizza, pidə, müxtəlif yeməklər və salatlarin təklif edildiyini söyləyib.
Kərim/Foodinfo.az