“Azərbaycan Koka-Kola Bootlers Limited” MMC “Qida Təchizat SK” MMC-ni məhkəməyə verib.
E-huquq.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Koka-Kola” 289 manat borcun tutulması barədə tələb irəli sürüb.
İddiа tələbi onunla əsaslandırılıb ki,“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC ilə “Qida Təchizat SK” MMC arasında 28 iyun 2017-ci il tarixdə müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə uyğun olaraq “Koka-Kola” istehsal etdiyi müxtəlif çeşidli sərinləşdiricispirtsiz içkiləri “Qida Təchizat SK” MMC-yə satıb. Cavabdeh həmin malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC müəssəsinə ödəməyi öhdəsinə götürüb.
Daha sonra “Qida Təchizat SK” MMC-nin “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-yə 289 məbləğində ödənilməmiş borcu qalıb.
Məhkəmənin qərarına əsasən, iddiа tələbi təmin еdilib.