"Bizim əsas zavodumuz Sloveniyada yerləşir. Zavodun 70 illik fəaliyyət təcrübəsi var. Bu, çörəkbişirmə sənayesi, xüsusilə də, sənaye təyinatlı böyük çörək zavodları üçün avadanlıq istehsal edən maşınqayırma müəssisəsidir. Biz Bakıda keçirilən sərgidə üçüncü dəfə iştirak edirik".
Foodinfo.az xəbər verir ki, bunu “Gostol” şirkətinin nümayəndəliyinin direktoru Yelena Belova Bakıda keçirilən Qida sərgisi çərçivəsində bildirib.
Onun sözlərinə görə, “Gostol” şirkətinin tapşırıqları arasında brendin təşviqi, işgüzar əlaqələr qurmaq və Azərbaycan bazarına daxil olmaq niyyəti, nümayiş olunan texnologiya barədə ölkənizdəki çörəkçilərə məlumat vermək yer alır. Bizim avadanlıqlar sənayedə liderdir və dünyanın 50-dən çox ölkəsində istifadə olunur. Bu məhsulların hazırlandığı bütün materiallar qida sənayesində istifadə üçün müəyyən sertifikatlara malikdir.
Bizim istehsalın üstünlükləri tam avtomatlaşdırma, enerjiyə qənaət, universallıqdır. Bu istehsal xətti asanlıqla mənimsənilir və minimum insan iştirakını tələb edir. Əlbəttə, biz mütəxəssisləri təlimatlandırırıq və ən əsası, bizim proqramçılar həmişə əlaqədə olur və internet vasitəsilə istənilən bu və ya digər müəssisədə yaranmış hər hansı problemin həllinə kömək edə bilər. Bizim avadanlıq çox böyük ölçülü olduğundan, bütün quraşdırma prosesini stendimizdə yerləşdirilmiş video monitorda nümayiş etdirəcəyik.
"Qeyd etmək istəyirəm ki, avadanlıqla yanaşı, biz tərəfdaşlarımıza müəyyən həll variantları da təklif edirik. Məsələn, istehsal həcmini, məhsul çeşidini artırmaq üçün zəruri konsepsiya hazırlaya, müəssisənin fəlsəfəsini inkişaf etdirə, iqtisadi göstəriciləri hesablaya bilərik", deyə Y.Belova əlavə edib.