Son günlər ərzaq məhsullarının qiymətində artımın olması ilə bağlı istər sosisal şəbəkələrdə, istərsə də bəzi internet resurslarında məlumatlar yayılıb.
Bizimyol.info olaraq yayılan məlumatlar əsasında adı hallanan “Veysəloğlu” və “Azərsun” holdinqə informasiya sorğusu ünvanlayıb və qiymətlərdə artımın olub – olmamasını maraqlanıb.
Sorğumuza cavab verən “Veysəloğlu” şirkətinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev bildirib ki, şirkətə məxsus OBA marketlər şəbəkəsində heç bir qiymət artımı müşahidə edilməyib:
“OBA marketlər şəbəkəsi ölkəmizdə ilk endirim şəbəkə marketidir. Buna görə də marketimizdə satılan həm qida həm də qeyri qida məhsulları digər marketlərə nisbətən daha ucuz təklif olunur. OBA marketlər şəbəkəsində satışda olan məhsulların əksəriyyəti labarator analizlərdən və keyfiyyət sınaqlarından uğurla çıxmış xüsusi markalar, qalan hissəsi isə dünyanın məhşur brendləridir. OBA marketlərdə satışda olan məhsullarda ümumi olaraq qiymət artımı yoxdur. Məsələn: toyuq əti, meyvə və tərəvəz, kolbasalar, konservalar, təmizlik vasitələri, şokoladlar, spirtli içkilər, meyvə şirələri, kompotlar və quru qidalarda bahalaşma müşahidə olunmur.Süd və süd məhsullarında OBA marketlərin şəxsi markası olan “Hər gün” brendi digər markalara nisbətən 20%-ə qədər ucuz təklif olunur. Biz müştərilərimizi nəzərə alaraq son aylarda daha çox endirim və aksiyalar həyata keçiririk.Bizim qayəmiz keyfiyyətli məhsulları daha ucuz qiymətə müştərilərimizə təklif etməkdir”.
“Azərsun Holdinq” şirkətinin İctimaiyyətlə Əlaqələr və Sosial xidmətlər Departamentinin direktoru Kazım Babayev sorğumuza cavab olaraq şirkətin məhsullarının qiymətində artımın olmdığını və yaxın gələcək üçün də qiymət artımının planlaşdırılmadığını bildirib:
““Azərsun Holdinq” tərəfindən istehsal olunan məhsullarda qiymət artımıı həyata keçirilməyib və yaxın gələcəkdə nəzərdə tutulmayıb”.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?