“Grandmart” marketlər şəbəkəsinin metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı filialından şikayət var.
Foodinfo.az xəbər verir ki, vətəndaş alınan mallara görə əlavə pul hesablanmasından narazıdır. “Təxminən 2 manata qədər fərq yarandı. Təbii ki, şikayət edib pulumu aldım. Amma o qədər baxmayan adamlar var ki... Diqqətli olun”, deyə şikayətçi xəbərdarlıq edib.