Ağsu rayonunun heyvandarları cari ilin beş ayını uğurlu nəticələrlə başa vurublar. Belə ki, məhsul istehsalında bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Bu ilin beş ayında diri çəkidə 2 min 859 ton ət istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 ton çoxdur. Habelə, süd istehsalı 43 ton artaraq 12 min 454 tona, yun istehsalı 4 ton artaraq 314 tona, yumurta istehsalı isə 1 milyon 223 min ədəd çoxalaraq 7 milyon 545 min ədədə çatıb.