
İmişlidə son illər istixana şəraitində yetişdirilən xiyar, pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan imişlili fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər.
Rayon statistika idarəsindən
AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xeyli vaxtdır rayonun ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixana kompleksində məhsul yığımı aparılır və indiyədək 398,7 ton tərəvəz toplanılıb. Tədarük olunan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiyməti də təsərrüfat sahiblərini qane edir.
Qeyd edək ki, İmişlidə 7,6 hektar sahəsi olan 11 istixana kompleksi mövcuddur. Hazırda rayonun Otuzikilər, Murğuzalılı, Qaradonlu və Göbəktala kəndlərində yeni istixanalar