
Bunu Azərbaycanın ət istehsalçısı - "Azmeat Production" MMC-nın baş mütəxəssisi Beyrək İsmayılov deyib.
"Peşəkarlıq və məsuliyyət birləşəndə gözəl işlər ərsəyə gəlir. Bu səbəbdən İran kimi ərzaq məsələsinə diqqətli və ehtiyatlı yanaşan dövlət bizə ixrac üçün lisenziya verib və ölkəsinə Azərbaycandan ət məhsullarının idxalına imkan yaradıb. Bu uğuru daha da irəliyə aparmaq üçün şirkətin əməkdaşları daim öz üzərilərində işləyirlər. Kəsim İslam qaydalarına uyğun şəkildə aparılır", - o qeyd edib.
Mütəxəssisin sözlərinə görə, o da daxil olmaqla bütün işçilər səhər saat 7-də işə gələndə, ilk növbədə, yuyulmuş və dezinfeksiya edilmiş paltarlar geyinir: "Bundan sonra isə dizbaryer aparatından keçirik. Hər gün xüsusi qaydada bütün avadanlıqlar təmizlənir və dezinfeksiya edilir".