Sosial şəbəkələrdə istifadəçilərdən biri “İvanovka” Uzun ömür şirkətinin istehsalı olan məhsuldan şikayət edib. Foodinfo.az xəbər verir ki, müştəri istehsal tarixi 18 aprel olan şoru alıb. Son istehlak tarixi isə 30 apreldə bitən şor xarab çıxıb. Müştəri iddia edir ki, şirkət köhnə məhsulların tarixini təzələyərək yenidən satışa çıxarır. “Bizdən aldıqları haram pulla öz uşaqlarına təzəsini alıb verirlər. Üstəlik köhnələri qaytarıb bir az təzəsi ilə qarışdırıb, tarixini təzələyib yenidən marketə göndərirlər. Odur ki, məhsulun üzərindəki tarixə aldanmayın. Marketdə alanda açıb içinə baxın” deyə müştəri qeyd edib. Ümid edirik ki, Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı müvafiq araşdırma aparacaq.