"Bir həftə sonra, ayın 17-si ərəfəsində açıq havada kafe və restoranların fəaliyyətə başlaması müzakirə edilir. Ondan bir həftə sonra rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində addımlar nəzərdə tutulur".
Foodinfo.Az xəbər verir ki, bunu Operativ Qərargahın brifininqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, epidemioloji vəziyyətlə bağlı bir dəyişiklik olmazsa rayonlara gediş-gəliş bərpa ediləcək:
"Amma bütün bu yumşalmalara gedilməsi üçün bir şərt var, o da mövcud sanitar epidemioloji vəziyətə bağlıdır. Əgər epidemioloji nəzarəti saxlaya bilsək bu yumşalmamlara gedəciyik. Əks halda bu yumşalmalar gedilməyəcək".