Dünyaca məşhur "fast food" restoranları şəbəkəsi KFC tədarükdəki çətinliklər səbəbindən toyuqsuz qalıb və dünən Böyük Britaniyada yerləşən 900 restoranından 800-nü müvəqqəti olaraq bağlayıb. Bunlardan bir qismi isə günortadan sonra açılıb.
Britaniya, KFC-nin Avropa qitəsindəki ən böyük bazarıdır.
KFC, bu vəziyyətin, mal tədarükü üzrə yeni biznes tərəfdaşı DHL ilə başlanğıcda yaranmış adaptasiya problemləri olduğunu bildirib.
DHL isə bəzi malların təhvil verildiyini və ya gecikdiyini qeyd edərək baş verən vəziyyətin həlli üçün KFC ilə çalışıldığını bildirib.
KFC, ötən həftə logistika işini "Bidvest" şirkətindən alıb DHL-ə vermişdi. (Marja.az)