Bakıda, Səftər Quliyev-7 ünvanında fəaliyyət göstərən “Le Cafe” adlı məkanda qəribə qayda var. Foodinfo.az xəbər verir ki, bu barədə müştərilərdən biri öz “Facebook” hesabında yazıb. Müştəri deyir ki, kafeyə daxil olub qəlyan sifariş veriblər. Sifariş qəbul olunub və qəlyan gətirilib. Daha sonra çay sifariş versələr də, onlara çay gətirən olmayıb. Səbəb kimi isə “4 nəfərdən artıq oturmaqları” göstərilib. “Adminstrator gəlib dedi ki, bəyəm qaydaları bilmirsiniz? 5 nəfər oturmaq olmaz. Biz də dedik ki, bu dəfə çayı verin, daha gələn dəfə gəlmərik”, - şikayətçi əlavə edib. Müştərinin statusuna yazılan şərhlərdə isə “4 nəfərdən artıq olanda bura getməmək”, yaxud “bir nəfərin ayrı oturması”, “ayaq üstə qalması” kimi fikirlər yazılıb.