Müştərilərdən biri Xırdalan şəhərində yerləşən "Buta Store" adlı mağazadan şikayət edir.
Foodinfo.az xəbər verir ki, marketdə hesaba əlavə mal vuraraq pulunu müştəridən alıblar. Amma həmin malı ona verməyiblər. "İki gün bundan qabaq marketdən 10-a yaxın ərzaq almışam. 50 manat verib qalığını aldım. Marketin kassiri çox ərzaq almağımdan istifadə edib almadığım hansısa məhsulun adını bilərəkdən çekə vurub. Nəticədə 80 qəpik az qaytarıblar puldan. Evə gəlib çeki yoxlayıram, nə pul düz gəlir, nə də çekdə adı olan məhsul. Geri qayıdıb kassirdən pulumun qalığını tələb edəndə mənə deyir ki, "Eee.. bilirsiniz xanım, mal üstümüzdə qalır, ona görə belə edirəm. Məni də başa düşün." Səsimi yüksəldən kimi tez kassadan 80 qəpik çıxarıb mənə verdi, yavaş səslə "Buyurun xanım, gedə bilərsiniz." - dedi.
Qeyd edim ki, bu ikinci dəfə təkrarlanır. 1-ci dəfə nisbətən az məbləğ idi deyə göz yummuşdum. İndi deyin görək, bu insanların elədiyinə nə ad verməli?" deyə müştəri şikayətində bildirib.