Bu il Masallı rayonunda 130,5 hektar sahədə soğan əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq rayonun Mahmudavar, Təklə, Lürən, Banbaşı, Türkoba və Güllütəpə ərazilərində soğan yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 1840 ton soğan yığılıb.
Masallıda tərəvəzçiliklə məşğul olan fermerlər və təsərrüfat sahibləri bu il sahələrdə bol soğan yetişdiriblər. Rayonda yetişdirilən soğan keyfiyyətinə görə fərqləndiyindən alıcılar yerli məhsula daha çox üstünlük verirlər.
Soğan yığımı davam edir.