Adı şokoladları ilə məşhurlaşmış, İsveçrənin ərzaq istehsalçısı Nestlé satış hədəflərinə çatmaqda çətinlik çəkir. 2017-ci ildə Nestle-nin xalis satışları 2,6 faiz artıb. Analitiklər satışın 2,4 faiz artacağını gözləyirdilər. 2016-da Nestlé-nin satışları 3,2% artmışdı. Bu nisbət 1990-cı ilin ortalarından bu yana ən zəif nəticə idi. 2017-ci ilin nəticəsi bu süqutun daha da dərinləşdiyini ortaya qoydu. Nestle-nin İcraçı direktoru Mark Schneider, "Avropa və Asiyadakı satışlar cəsarətvericidir, ancaq Şimali Amerika və Braziliya bazarları çətin görünməyə davam edir" deyib. 2017-ci ildə Nestlé-nin dövriyyəsi 96,9 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti isə 15,8 faiz azalma ilə 7,76 milyard dollar olub. Nestle, 2017-nin İyun ayında ABŞ-dakı şirniyyat biznesini İtalyanın "Ferrero" şirkətinə 2,8 milyard dollara satmışdı. (Marja.az)